AZ

Qırğızıstan paytaxtında fövqəladə vəziyyət elan edildi - VİDEO

Qırğızıstanın paytaxtı Bişkek şəhərinin meri Aybek Junuşaliyev sürəti 26 m/s-ə çatan güclü küləklə əlaqədar şəhərdə fövqəladə vəziyyətin tətbiqi barədə göstəriş verib.

Yerli rayon və bələdiyyə orqanları ərazilərə baxış keçirmək və təbii fəlakətin nəticələrini müəyyən etmək üçün mobil qruplar təşkil ediblər.

Sosial şəbəkələrin istifadəçiləri şəhərə dəyən ziyanı əks etdirən çoxsaylı foto və videolar dərc edirlər. Məlumata görə, külək Bişkek Polisinin Patrul Xidməti İdarəsinin binasının damını qoparıb.

Mənbə: rbk.ru

Seçilən
137
30
oxu.az

10Mənbələr