AZ

Məktəb direktoru işdən çıxarılıb

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və ümumi təhsil müəssisələrində monitorinqlər davam edir.

İdarədən verilən məlumata görə, növbəti monitorinq Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə aparılıb. Məktəbdə müxtəlif istiqamət üzrə yoxlama aparılıb. Yoxlama zamanı məktəbin idarə olunması, şagirdlərin məktəbə davamiyyəti, əmək intizamı, dərslərin əvəzolunması, dərsdənkənar məşğələlərin və dərnəklərin təşkili və keçirilməsi, fərdi təhsilin təşkili, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub. Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Dilbər Qurbanova martın 27-si Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib. Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Əlavə olaraq bildiririk ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan hallara qarşı mütəmadi olaraq tədbirlər görür, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bənzər halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir.

Seçilən
170
2
Mənbələr
Şərh ()
Bağla