AZ

Separatçılar Paşinyan hakimiyyətinə təhlükə yaradır — Azərbaycanla münasibətlər gərginləşə bilər

Baş nazir Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib ki, Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır. “Report”un xəbərinə görə onun bu açıqlaması Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın Fransanın “Le Figaro” nəşrinə müsahibəsində dediyi məqamlara əsaslanır. Şahramanyan deyib ki, mühacirətdə olan Dağlıq Qarabağ hökuməti İrəvanda fəaliyyətini davam etdirir. Paşinyanın sözlərinə görə Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atır: “Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda yeganə hökumət var və bu salonda oturub. Xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmamaları üçün uyğun tədbirlər görülməlidir”.

Politoloq Natiq Miri Demokrat.az-a açıqlamasında deyib ki, Paşinyan separatçıları hakimiyyəti üçün təhdid olaraq görməkdə haqlıdır:

“Ermənistanda revanşist qüvvələrin fəaliyyətini davam etdirməsi Azərbaycanla münasibətləri yenidən gərginləşdirməyə yol açır. Həbsdə olan Arunyunyanı əvəzləyən Şahramanyan qondarma hakimiyyətin başına keçdikdən bir neçə gün sonra özünün qərarı ilə separatçı rejimi buraxdı və ordunun tərki-silahı ilə bağlı qərar verdi. Özləri təslim olduqdan sonra Ermənistanda “kölgə hakimiyyət”i qurmaq, revanşizmə meyil etmək əlbəttə ki, Paşinyanı narahat edir, çünki bu, dövlət üçün yeni təhlükələr yaradır. Düşünürəm ki, Ermənistan Baş naziri bu yöndə konkret hüquqi qərarlar verməlidir. Qondarma rejimin yerləşdiyi binalar, ofislər onun əlindən alınmalı, hətta lazım olsa, separatçılar cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bununla bağlı onsuz da cinayət işi açılıb. Hesab edirəm ki, əgər bu separat rejim Paşinyan hökumətini dinləməsə və yenə də xaricdən gələn sifarişləri yerinə yetirməyə davam etsə, o zaman Paşinyan konkret qərarlar vermək məcburiyyətində qalacaq. Artıq bununla bağlı xəbərdarlıq da edilib”.

Törə Zeynallı
Demokrat.az

phrase_var_article.chosen
207
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close