AZ

Mahmud Abbas hökumətin yeni tərkibini təsdiqlədi

Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin tərkibini təsdiqləyib.

“Ölkə.az” xəbər verir ki, bu barədə Fələstinin “WAFA” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Fələstin Milli Administrasiyasının rəhbəri təqdim olunan sənədlərlə tanış olub və yeni hökuməti təsdiq edən fərman imzalayıb.

Onun martın 31-i and içəcəyi gözlənilir. Qeyd edək ki, Məhəmməd Mustafa Baş nazir postu ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutacaq.

 

 

Seçilən
82
37
Mənbələr
Şərh ()
Bağla