AZ

Yamal - La Liqada mart ayının ən gözəl qolunun müəllifi

“Barselona”nın 16 yaşlı ispaniyalı vingeri Lamin Yamal mart ayında İspaniya La Liqasında vurulmuş ən gözəl qolun müəllifidir.

Arena.az bu barədə La Liqanın rəsmi saytına istinadən məlumat verir.

Yamal bu qolu martın 8-də La Liqanın 28-ci turu çərçivəsində “Barselona”nın “Malyorka”ya qarşı oyununun 73-cü dəqiqsində rəqib qapısına vurub və komandasının 1:0 hesablı qələbəsini təmin edib.

Həmçinin La Liqada mart ayının ən gözəl qolu adına Vilyam Karvalyo (“Betis”) və Yörgen Strann Larsen (“Selta”) öz qolları ilə iddiaçı olublar.

Yamalın “Malyorka”nın qapısında keçirdiyi, La Liqanın mart ayında ən gözəl qolunu təqdim edirik:

Seçilən
155
50
Mənbələr
Şərh ()
Bağla