AZ

Bağırsaqlarda çürümə verənqidalar


Rasionda və bədəndə lif defisiti bağırsaqlarda qalan qidanın çürüməsinə və köpə səbəb olur.


“Medicina” xəbər verir ki, həkim Aıeksandr Myasnikov məhz bu problemin diverkulit, bağırsaq deşilməsi və iltihaba səbəb olur.


“Lif qidaların bağırsaqda hərəkətini, parçalanmasını və xaric olunmasını təmin edir.

Divertukulyoz – bağırsaq divarının boşalması və torbalaşmasıdır. 80 yaşa doğru demək olar, bütün insanlarda olur.

Xəstələrdə həzm ləngiyir, qəbizlik yaranır.

İnsan gücənir və qarın boşluğu daxilində təzyiq artır və nəticədə bağırsaq sallanması baş verir.

Diverkulit nəticəsində peristlika olmur, yəni qida kütlələri bağırsaqda irəliləmir. İnsan uzun müddət hərəkətsiz, oturaq olanda xroniki qəbizlik və bağırsaqda çürüntü artır.

İlk başda divertikul təhlükəli deyil, amma zamanla o iltihablaşır, bağırsaq qanamasına səbəb ola bilir.

Ona görə rasionda yüksək lif tərkibli qidalar olmalıdır.

Bunlar çiy meyvələr, tərəvəzlər, göyərti, paxlalılar və taxıllardır.

Məsələn, gündə1 alma, armud, kələm, ispanaq, cəfəri,yulaf, yarma, mərci, quru meyvələr, əsas da yaşıl yarpaqlı tərəvəzlər, kahı yemək lif tələbatını ödəyir.


ELəcə də müntəzəm gəzinti, fiziki idman, iş, məşğələlər bağırsaq funksiyası üçün vacibdir”.


Aygün Musayeva



Seçilən
101
Mənbələr
Şərh ()
Bağla