AZ

Paşinyan: "Qarabağdan çıxan ermənilərin mühacirətində hansısa hakimiyyətin olması barədə bəyanatlar yalandır"

“Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr və ya insanlar bilərəkdən və ya bilməyərəkdən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkət edir, addımlar atırlar. Onların mühacirətdə hansısa hakimiyyətin olması barədə bəyanatları heç bir həqiqəti əks etdirmir”.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında deyib.

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bir hökumət var və o hökumət bu otaqda iclas keçirir. Hamımız bu mesajı çox aydın şəkildə dərk etməliyik. Lazım gələrsə, müvafiq addımlar atılmalı, müvafiq tədbirlər görülməlidir ki, müəyyən xarici qüvvələr bundan Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaq üçün istifadə etməsin. Mən açıq şəkildə bildirirəm ki, bizim ölkəmizdə Ermənistan hökumətindən başqa heç bir hakimiyyət yoxdur və ola bilməz”, - deyə Paşinyan qeyd edib.

Bizim.Media
 

Seçilən
22
50
Mənbələr
Şərh ()
Bağla