AZ

İpoteka Fondu istiqrazların yerləşdirilməsi vasitəsilə 40 milyon manat cəlb edib

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (AIKZF) cümə axşamı 40 milyon manatlıq istiqraz yerləşdirib. Bu barədə Bakı Fond Birjası məlumat verib.
 
Hərraca çıxarılan istiqrazların  həcmi - 40 milyon manat, bir qiymətli kağızın nominal dəyəri 1000 manat olub.

İstiqrazların ödəmə müddəti 8 640 gün, ödəmə tarixi 9 noyabr 2047-ci ildir.

Kupon dərəcəsi illik 3% təşkil edir. Kupon ödənişləri hər 180 gündən bir həyata keçiriləcək.

İstiqrazların yerləşdirilməsinin anderrayteri Unicapital investisiya şirkəti olub.

 AIKZF 2021-2023-cü illərdə kommersiya (standart) şərtlərlə ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün daxili bazarda istiqrazlar yerləşdirməklə 1 milyard 180 milyon manat cəlb edib.

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il dekabrın 26-da "Azərbaycan İpoteka Fondu” ASC-nin ləğvi və Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKGF) yaradılması haqqında fərman imzalayıb.
 
N.Təbrizli

www.anews.az
Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla