AZ

İran, Çin və Rusiyanın birgə təlimləri digər ölkələrə qarşı yönəlməyib - Nazirlik

Bakı. Trend:

İran, Çin və Rusiyanın Oman körfəzində keçirilən birgə təlimləridigər ölkələrə qarşı yönəlməyib.

Trend xəbərverir ki, bu barədə Çinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi UTsyan brifinqdə deyib.

"Bu təlimlər hər hansı konkret ölkəyə qarşı yönəlməyib vəregional vəziyyətlə əlaqəsi yoxdur" - o deyib.

Nazirlik nümayəndəsi Çin, İran və Rusiyanın bundan əvvəl dəəməkdaşlığın möhkəmləndirilməsi və hər üç ölkənin hərbi dənizqüvvələri arasında mübadilənin aparılması, eləcə də regional dəniztəhlükəsizliyinin birgə təmin edilməsi üçün böyük əhəmiyyət kəsbedən birgə təlimlər keçirdiyini bildirib.

Qeyd edək ki, "Dəniz təhlükəsizlik kəməri 2024" adlı hərbi-dəniztəlimləri 2018-ci ildən etibarən 6-cı dəfədir keçirilir. Təlimlərdədaimi əsasda Rusiya, İran və Çinin hərbi-dəniz qüvvələri iştirakedir.

Təlimlərin keçirilməsində məqsəd regionda təhlükəsizliyinmöhkəmləndirilməsi, beynəlxalq dəniz ticarətinin mühafizəsi,piratlıq və terrorizmlə mübarizə, dəniz əməliyyatlarınınkeçirilməsi sahəsində operativ və taktiki təcrübəninmübadiləsidir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla