AZ

Ölkədə icbari sığorta üzrə daxilolmalar azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda könüllüsığorta növləri üzrə 191 milyon 47 min manat, icbari sığortanövləri üzrə 48 milyon 671 min manat sığorta haqqı toplanılıb.

Trend Azərbaycan MərkəziBankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-fevral aylarıilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığortahaqqları 11.4% və ya 19 milyon 620 min manat artıb, icbari sığortanövləri üzrə sığorta daxil olmaları isə 2% və ya 969 min manatazalıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrəödənişlərin məbləği 51.8% artaraq 79 milyon 822 min manat, icbarisığorta növləri üzrə ödənişlərin həcmi isə 1.7% azalaraq 17 milyon611 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-fevral aylarında könüllü sığortabazarında toplanmış hər 100 manat sığorta haqqından 41.8 manatsığorta ödənişi edilib. Bu rəqəm 2023-ci ilin ilk 2 ayında 30.7manata bərabər olub. Bu ilin yanvar-fevral ayları ərzində icbarisığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişinməbləği isə 36.2 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 2ayında 36.1 manata bərabər idi.

Məqalədə:
Seçilən
16
3
Mənbələr
Şərh ()
Bağla