AZ

Bu bina memarlığı ilə heyran edir: 2243 mənzildə 10 min insan necə yaşayır?

Tarix: 28 Mart 2024 19:42

Honkonqdakı Yick Cheong binası özünəməxsus memarlığı ilə sosial mediada böyük əks-səda yaradıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, mürəkkəb və darısqal quruluşu ilə diqqət çəkən bina "Canavar binası" kimi də tanınır.
Tikili 2243 mənzildən ibarətdir və burada təxminən 10 min nəfər yaşayır.
Məlumata görə, Yick Cheong binası Honkonqun Kovloon rayonundakı Şam Şui Po bölgəsində yerləşir. Bina qeyri-adi memarlığı ilə turistlərin və fotoqrafların diqqətini çəkir. Binanın mürəkkəb və dar quruluşu onu Honkonqun simvolik strukturlarından birinə çevirir.



Yick Cheong binası müxtəlif filmlərdə və fotoqrafiya layihələrində istifadə olunaraq vizual ikona çevrilib. Bina həm yerli əhalinin, həm də dünyanın hər yerindən gələn qonaqların diqqətini cəlb etməkdə davam edir.
Milli.Az

Seçilən
145
28
Mənbələr
Şərh ()
Bağla