AZ

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub.

Redaktor.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək.

Belə ki, Ş.Hüseynov müvafiq əmrlə SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri təyin edilib.

Qeyd ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından  “Azneft”ə rəhbərlik edirdi. (qafqazinfo)

Seçilən
99
28
Mənbələr
Şərh ()
Bağla