AZ

ABŞ İsraillə görüşün mümkün yeni tarixlərini müzakirə edir


“ABŞ Qəzza zolağının cənubundakı Rəfah şəhəri ətrafında vəziyyətlə bağlı İsraillə görüşün mümkün yeni tarixlərini müzakirə edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Kirbi bildirib ki, Vaşinqton belə bir razılaşmanın əldə olunacağına əmindir:
“Sizə deyim ki, biz hazırda İsrailin Baş naziri Benyamin Netanyahu və israilli həmkarlarımızla birlikdə Rəfahda keçiriləcək bu görüşün yeni tarixlərinin müəyyən edilməsi imkanını müzakirə edirik. İndi tarixləri təsdiqləmək üzərində işləyirik. Biz buna nail olacağıq və buna əminik, sizi xəbərdar edəcəyik”.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar yuxarıda qeyd olunan məsləhətləşmələr keçirilməyənə qədər İsrailin Rəfahda böyük hərbi əməliyyata başlamayacağına ümid edir. Daha əvvəl Netanyahunun qərarı ilə ləğv edilən bu görüşlər Vaşinqtonda baş tutmalı idi.
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla