AZ

Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 27-də və 28-də Şamaxı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Şamaxı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay, İsmayıllı şəhər və rayonlarından qəbula gələn 238 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

34 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

DOĞRU.AZ

image-ed7695ec-a95c-471a-83e9-db44e39baa42 image-15f40fdb-0777-40d0-8ca3-fa6e1603e024 image-02f0d914-796e-4c94-88b8-638b57f7ca76 image-49738c50-731d-46d8-a2b8-b50bb5f754f1 image-aa097203-b515-4f76-a630-5acc281b0d1f image-515707d9-c3a0-40fe-8981-a142c7223914 image-5909b1b0-8c5f-4449-8fd3-4cb8a15c1511 image-c518e932-2289-40cc-90eb-0c2467572730 image-ddc685ea-29eb-49be-9e44-abbade382149

Seçilən
93
14
Mənbələr
Şərh ()
Bağla