Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Cənubi Qafqaz ölkələrinə səfər edəcəklər.
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, aprelin 8-9-da nümayəndə heyəti Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana gedəcək.
Aİ rəsmiləri İrəvanda və Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının ofisində görüşlər keçirəcək.
Nümayəndə heyətinin gündəliyinə regional hadisələrlə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesləri ilə tanışlıq daxildir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta