AZ

Moskvadakı terrorla bağlı daha bir nəfər saxlanıldı

"Crocus City Hall"da terror aktının maliyyələşdirilməsində iştirak edən daha bir şübhəli müəyyən edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

"Terrorçuluğun maliyyələşdirilməsi sxemində iştirak edən daha bir şübhəli şəxs müəyyən edilərək saxlanılıb. İstintaq onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verəcək", - İstintaq Komitəsi bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
154
9
Mənbələr
Şərh ()
Bağla