AZ

Tonali daha 50 mərc oyununda iştirakda ittiham olunur

style='margin-bottom:10px;'>

İngiltərə Futbol Assosiasiyası "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini daha 50 mərc oyununda iştirakda ittiham edib.

QOL.az xəbər verir ki, assosiasiyanın bu barədə yaydığı bəyanatda deyilir:

“Sandro Tonali mərc oyun qaydalarının pozulması ilə bağlı qanunsuzluqda ittiham olunub. “Nyukasl"ınn yarımmüdafiəçisinin 12 avqust 2023-cü il və 12 oktyabr 2023-cü il tarixləri arasında futbol matçlarına mərc edərkən 50 dəfə qaydaları pozduğu iddia edilir. Sandro Tonali sorğuya 2024-cü il aprelin 5-dək cavab verməlidir”.

Xatırladaq ki, italyan futbolçu ötən ilin oktyabr ayında "Milan"da çıxış edərkən qanunsuz mərc oynadığına görə 10 aylıq diskvalifikasiya edilmişdi. O, İngiltərə Premyer Liqasında mövsümünün qalan hissəsini, eləcə də Avro-2024-ü buraxacaq. 

phrase_var_article.chosen
90
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close