AZ

Rusiyadakı erməni diasporu Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyi - VİDEO

Erməni diasporası uzun illərdir ki, özlərinin müxtəlif nümayəndələrini Rusiya mediasında yerləşdirib.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, bu resurslardan maksimum dərəcədə öz maraqları üçün istifadə etməyə cəhd göstərirlər.

"Bir çox hallarda isə onların media üzərindən həyata keçirdiyi siyasət əksər hallarda Rusiyanın öz maraqlarını təhdid edir. Bəlli olduğu kimi, Rusiya çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Bu ölkənin təxminən 30%-ni müsəlmanlar təşkil edir. Və onlar daim Rusiyanın ərazi bütövlüyü uğrunda ermənilərdən daha prinsipial və qətiyyətli mövqe nümayiş etdiriblər. Rusiyadakı erməni diasporunun əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməkdən ibarətdir", - o deyib.

Ekspert vurğulayıb ki, erməni oliqarxların maliyyələşdirdiyi şəbəkə vəziyyətdən istifadə edərək öz təbliğatlarını həyata keçirdərək Rusiya vətəndaşlarının düşüncəsinə zəhər toxumu səpməyə çalışırlar.

"Bunların arasında erməni əsilli olmayanlar da var. Onların arasında ən bariz nümunə Azərbaycana qarşı xüsusi nifrəti ilə seçilən Vladimir Solovyovdur. Baxmayaraq ki, hər dəfə etdiyi səhvlərə görə dolayısı ilə üzr istəməyə çalışır", - deyə o qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla