AZ

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

BiG.AZ xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş.

Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub.

Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlum səbəbdən aşıb.
Magistral yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar, habelə təcili tibbi yardım helikopteri göndərilib.

Polis 20-dən çox insanın yaralandığını açıqlayıb.


BiG.Az
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla