AZ

Quterreş azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin etdi

BMT Baş katibi Antonio Quterreş azərbaycanlı diplomat Rəsul Bağırovu təşkilatın Belarusdakı rezident əlaqələndiricisi vəzifəsinə təyin edib.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a açıqlamasında BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib. Sözçü bildirib ki, Belarus hökumətinin razılığı alınıb və R.Bağırov martın 30-da yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, diplomat əvvəllər Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında Baş direktorun ofisində ölkə strategiyası və dəstək bölməsinin rəhbəri vəzifəsində çalışıb.

Seçilən
40
25
Mənbələr
Şərh ()
Bağla