AZ

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurub (FOTO)

Bakı. Trend:

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu”beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

Trendİdman.biz-ə istinadənxəbər verir ki, 5 gün davam edən yarışda 11 ölkənin 121 idmançısıqüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idmannaziri Fərid Qayıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri,Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev dəizləyib.

Yığmamızın heyətində həlledici görüşdə Həsən Məlikov (48 kq)qazaxıstanlı Temirtaş Jussupovla qarşılaşıb. Rəqibini 3:2 (30:27,28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən boksçumuz qızılmedala sahib olub.

57 kq-da Şamil Əsgərov da fəxri kürsünün ən yüksək pilləsinəqalxıb. İlk raunddan sonra Xudoynazar Fayzovun (Özbəkistan)döyüşdən imtina etməsi səbəbindən boksçumuz qalib adınayiyələnib.

Onların uğurunu Tayfur Əliyev (63,5 kq) də təkrarlayıb. AvropaOyunlarının mükafatçısı finalda Abdullah Madaminovdan (Özbəkistan)güclü olub – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).

Digər boksçularımızdan Əzrək Bəbirov (60 kq), MuradAllahverdiyev (86 kq) və Alfonso Dominqes (92 kq) ikinci yeritutublar.

Təltifolunma mərasimində Azərbaycan Boks Federasiyasınınprezidenti Sahil Babayev və gənclər və idman naziri Fərid Qayıbovda iştirak ediblər. Onlar müvafiq olaraq, 48 kq və 57 kq çəkidəqalibləri mükafatlandırıblar.

Beləliklə, Azərbaycan yığması “Böyük İpək Yolu”nu 21 medallabaşa vurub. Komandamızın heyətində daha öncə Marjona Savriyeva (50kq), Zeynəb Rəhimova (54 kq) birinci, Mehparə Məmmədova (48 kq),Günel Rəhimova (50 kq), Lalə Namazlı (63 kq) ikinci, Anaxanımİsmayılova (50 kq), Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva,Aysu Dərvişova (hər ikisi 60 kq), Malik Həsənov (63,5 kq), İlqarSalahov (67 kq), Kamran Şahsuvarlı, Mirşərif Kazımzadə (hər ikisi75 kq), Sərxan Budaqovla (80 kq) və Məhəmməd Abdullayev (+92 kq)üçüncü olub.

Millimiz 5 qızıl, 6 gümüş və 10 bürünc medalla komanda hesabındaikinci yeri tutub. Birinci yerdə Özbəkistan (5-7-6) qərarlaşıb,“üçlüy”ü isə Qazaxıstan (3-2-1) qapayıb.

Turnirdə Şamil Əsgərov (Azərbaycan) ən yaxşı boksçusu, NəsrəddinMəmmədov (Azərbaycan) ən yaxşı hakim seçilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
44
50
Mənbələr
Şərh ()
Bağla