AZ

Avtobus sürücüləri tətili başlayıb

Seulda avtobus sürücülərinin həmkarlar ittifaqının üzvləri saatlıq əməkhaqqının 12,7 faiz artırılması tələbi ilə tətilə başlayıblar.

Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, martın 28-nə planlaşdırılan aksiya şəhər marşrutlarının 97,6 faizinə təsir edib.

Dünən səhərədək davam edən danışıqlarda sürücülər və rəhbərlik razılığa gələ bilməyib. Sərnişindaşıma kompaniyaları son beş ildə inflyasiya səviyyəsini nəzərə alaraq sürücülərin tələbini əsassız hesab edirlər. Bu, 2012-ci ildən bəri ictimai nəqliyyat sürücülərinin ilk ümumi tətilidir.

Sürücülərin həmkarlar ittifaqının 65 kompaniyada çalışan 18 minə yaxın üzvü var. Aksiya şəhərdaxili marşrutlarda istifadə olunan 7 min 210 avtobusa təsir edib. Hakimiyyət orqanları buna cavab olaraq metro qatarlarının hərəkət intensivliyini artırıb.

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla