AZ

Çeynənmiş saqqızlar COVİD və hamiləlik testinə çevrildi

Dünyada hər il hamiləlik, Covid-19 və digər xəstəliklərin diaqnozu üçün istifadə olunan milyardlarla birdəfəlik test zibilə atılır.

Medicina.az xəbər verir ki, ingiltərəli elm adamları istifadə edilmiş saqqızları təkrar emal edərək test dəstlərinin plastik hissələrinə çevirməyə nail olublar. Texnika sayəsində hər il minlərlə ton tullantı təkrar emal edilə biləcək.

Edinburq Universitetinin mütəxəssisləri hər il milyardlarla test dəstində istifadə edilən bəzi hissələri təkrar emal edilmiş plastikdən əldə etməyi bacardıqlarını açıqlayıblar. Alimlər hətta saqqızdan da xammal kimi istifadə edə biləcəklərini deyirlər.

“Biz təkrar emal edilmiş materiallardan beş analiz dəsti istehsal etdik. Onlardan üçü çeynənmiş saqqız, soyuducu hissələri və əhəng daşından, ikisi isə bioloji mənşəli materiallardan hazırlanıb. Məqsədimiz xammal istehsalında 30-50 faiz qənaət etməkdir”, - deyə alimlərdən biri bildirib.

Britaniyalı sahibkarlar qeyd edirlər ki, səhiyyə sektorunda milyardlarla test dəsti hər il bir dəfə istifadə edildikdən sonra zibilə çevrilir.

Bildirilir ki, təkrar emal edilmiş materiallardan hazırlanmış test dəstlərinin sınaqları davam edir. Texnikanın geniş miqyasda istifadəsi ilə on minlərlə ton tullantının təkrar emal oluna biləcəyi vurğulanır.


Aysel

Seçilən
59
2
Mənbələr
Şərh ()
Bağla