AZ

Yəmən husilərini Çin maliyyələşdirir

Qərb kəşfiyyat agentlikləri hesab edir ki, Çin bilməyərəkdən Yəmən husilərinə kömək edir. Çin hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı hərbi hissəsi olan “Qüds” Qüvvələri tərəfindən satılan İran neftini alır.

“Politico” mənbələrinin bildirdiyinə görə, “Qüds” Husiləri hazırlayır və maliyyələşdirir. Adının çəkilməsini istəməyən Qərb rəsmisinin sözlərinə görə, Pekin özü husilərin Qırmızı dənizdəki hərəkətlərindən əziyyət çəkdiyi üçün Çin bu “dəstək”i istəmədən edir. “Mən əmin deyiləm ki, onlar oturduqları budağı kəsdiklərini dərk edirlər” – o, deyib. Çin hökuməti “Politco”nun şərh istəməsinə cavab verməyib.

Qeyd edək ki, 2023-cü ilin payızından Yəmən husiləri Qırmızı dənizdə ABŞ və Britaniya gəmilərinə, eləcə də İsraillə əlaqəli gəmilərə hücum edir. Beləliklə, onlar İsraillə müharibədə Fələstinin HƏMAS hərəkatını dəstəkləyirlər.

//Samir Qurbanov, Editor.az

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla