AZ

İndoneziya Cakartaya xüsusi status verir

İndoneziya parlamenti tezliklə cənub-şərq əyalətinin paytaxtı olmaqdan çıxacaq Cakartaya xüsusi status verib.
 
Hökumətin bəyanatlarına istinadən qeyd olunur ki, şəhər maliyyə göstəricilərinə faydalı təsir göstərmək və ölkənin ÜDM-ə töhfəsini artırmaq üçün iqtisadi mərkəzə çevriləcək.
 
“Cakarta təkmilləşməlidir ki, o, digər ölkələrin güclü şəhərləri ilə rəqabət apara bilsin. Biz bunu hətta hökumətin qərargahı yeni paytaxt Nusantaraya köçürüləndən sonra da edəcəyik”, - İndoneziyanın daxili işlər naziri Tito Karnavian bildirib.
 
Xatırladaq ki, hələ 2019-cu ildə İndoneziya Prezidenti Coko Vidodo Şərqi Kalimantan əyalətini İndoneziyanın gələcək yeni paytaxtının - iki böyük şəhər - Balikpapan və Samarinda arasında təbii ehtiyatlarla zəngin kurort zonasında yerləşəcək Nusantara şəhərinin tikintisi üçün ərazi kimi rəsmən təsdiqləmişdi.
 
Qeyd edək ki, əyalət dünyanın üçüncü ən böyük adası olan Kalimantan (Borneo) adasında yerləşir. Paytaxt Nusantara sıfırdan tikilib, layihənin dəyəri təxminən 34 milyard dollar təşkil edib. Yeni şəhərin 2024-cü ildə rəsmi olaraq İndoneziyanın paytaxtı olacağı gözlənilir.
 
Mənbə: Reuters
Seçilən
158
2
Mənbələr
Şərh ()
Bağla