AZ

Ramil Şeydayev “Qarabağ”a qayıdır?

Türkiyənin "Kocaelispor" klubunda çıxış edən Ramil Şeydayev Azərbaycana qayıda bilər. 

Bizim.Media xəbər verir ki, 28 yaşlı hücumçu yenidən "Qarabağ"da oynamaq istəyir.

Milli komandamızın üzvü "Kocaelispor"da baş məşqçi dəyişikliyindən sonra əsas heyətə düşə bilmir. Ramil bu durumdan narazıdır.

Təcrübəli forvard sabiq klubu "Qarabağ"a qayıtmaq arzusundadır. O, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla əlaqə saxlayaraq dönmək istədiyini bildirib.

Hələ ki, Şeydayevin "Qarabağ"a qayıdışı ilə bağlı yekun qərar yoxdur. Amma onun yeni mövsümdə Azərnbaycan çempionunun formasını geyinmək ehtimalı var.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

phrase_var_article.chosen
158
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close