AZ

Şəkidə 26 yaşlı gənc özünü zəhərlədi

Şəkidə 26 yaşlı gənc sirkə turşusu içərək zəhərlənib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Oxud kəndində axşam saatlarında baş verib.

    Kənd sakini Vüqar Cəfər oğlu Mustafazədə yaşadığı ünvanda sirkə turşusu içərək zəhərlənib.

    V. Mustafazadə yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

    Pasiyent xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

    Onun su əvəzinə sirkə turşusu işdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    45
    4
    Mənbələr
    Şərh ()
    Bağla