AZ

Azərbaycan millisi öz komandamızdır - “Spartak”ın sabiq futbolçusu

“Stanislav Çerçesovun ölkə xaricində iş təcrübəsi də var. Azərbaycan millisi öz komandamızdır”.

Teleqraf.com xəbər verir ki, bunu Moskva “Spartak”ının sabiq futbolçusu və baş direktoru Sergey Şavlo deyib.

Rusiya mətbuatına açıqlama verən futbol veteranı Stanislav Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olmasına münasibət bildirib: “Azərbaycan əvvəl SSRİ-nin tərkibində olub. Stanislav da orda oynayıb. Yığma səviyyəsində məşqçilik etmək Çerçesov üçün yaxşı variantdır. Klublarda, Rusiya millisində də işləyib. Uğurları da var”.

Qeyd edək ki, Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna üç namizəddən biri olduğu bildirilir.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
49
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close