AZ

Azərbaycandan Gürcüstana aparan yolda bərbad vəziyyət: 90 km/saatla keçmək təhlükədir – ŞİKAYƏT – VİDEO

Yevlax-Zaqatala-Gürcüstan magistralından istifadə edən sürücülər yol problemi ilə üzləşdiklərini bildirirlər.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı sürücülər Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıblar.

“Yevlax-Zaqatala-Gürcüstan magistralında sürət həddi 90 km/saatdır. Yolda çalalar yaranıb. Bu çalalardan keçən avtomobil bərbad vəziyyətə düşür. Zaqatalanın girişindən sona qədər bu vəziyyət hökm sürür. Dərin çuxurlar yaranıb, çıxılmaz vəziyyətdəyik”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobillər Yolları Dövlət Agentliyinə sorğu ünvanlamışıq.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla