AZ

Azərbaycan və Ermənistan parlament sədrləri bu tarixdə görüşə bilər

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Parlamentlərarası İttifaqın (PAİ) vasitəçiliyi ilə mayın ortalarında görüşün keçirilməsi barədə razılığa gəliblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə A.Simonyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

\"Parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib və ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq\", - erməni spiker bildirib.

O, əlavə edib ki, Milli Məclisin sədri Sahibə Qafarova ilə əvvəlki görüş konstruktiv şəraitdə keçib.
Seçilən
35
9
Mənbələr
Şərh ()
Bağla