AZ

İran Prezidenti "Fələstin İslam Cihadı"nın lideri ilə görüşdü

İran Prezidenti İbrahim Rəisi "Fələstin İslam Cihadı"nın baş katibi Ziyad Ən-Nəxalə ilə görüş keçirib.

 

Senzor.az bildirir ki, görüş zamanı İranın müqavimət hərəkatına və məzlum, lakin qüdrətli Qəzza xalqına dəstək strategiyasını vurğulayan Prezident bəzi İslam ölkələrinin rəhbərlərinin Fələstin xalqı qarşısında öz borcunu yerinə yetirməkdə fəaliyyətsiz və passiv davranmasından təəssüfləndiyini söyləyib.

 

"Hərçənd Qəzza xalqı oturub bəzi islam ölkələrinin dəstəyini gözləmədi. Guya insan haqlarını dəstəkləyən beynəlxalq təşkilatların faydasızlığını sübuta yetirib, ədalətsiz qlobal nizama meydan oxudu", - o deyib.

 

Ən-Nəxalə isə, öz növbəsində, "fələstinlilərin öz müqavimətləri ilə düşməni və onun müttəfiqlərini təəccübləndirdiklərini" dilə gətirib.

 

Fələstin İslami Cihad Hərəkatının baş katibi də Müqavimət Oxunun Fələstin xalqına verdiyi dəstəyi yüksək qiymətləndirərək əlavə edib: “Bu dəstək təkcə Qəzza xalqının və Fələstin mücahidlərinin qəlblərində mənəvi motivasiyanı artırmır. Bu həm də Fələstin xalqının sionist düşmənə qarşı mübarizəsində tək olmadığına dair mühüm mesajı daşıyır”.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla