AZ

Türkiyədəki göl NATO neft kəməri səbəbindən mazutla dolub

NATO-nun neft boru kəmərində baş verən qəzadan sonra Türkiyədəki Sapanca gölünü qalın mazut qatı örtüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

“Mazut sızması NATO-nun neft kəmərinin bir qolunun yol işləri zamanı deşilməsindən sonra baş verib və yanacağın Sapanca gölünə axmasına səbəb olub ki, bu da 4-5 milyon insanı şirin su ilə təmin edib”, – deyə nəşr qeyd edib.

Bildirilib ki, aidiyyəti qurumlar qəzanın nəticələrini aradan qaldırmağa başlayıblar.

Yerli su-kanal idarəsi qeyd edir ki, gölün çirklənmiş hissəsi suqəbuledici məntəqələrdən uzaqda yerləşdiyindən vətəndaşlar öz sağlamlıqları üçün narahat olmasınlar.

Türkiyə ərazisindən çəkilən 3 min kilometrdən çox uzunluğunda Şimali Atlantika Alyansı neft kəməri Türkiyə Silahlı Qüvvələrinin və NATO qüvvələrinin ehtiyaclarını ödəyir.

Seçilən
20
1
Mənbələr
Şərh ()
Bağla