AZ

Volkswagen-in loqosu Avstraliyada kenquruları qorxutmağa başlayıb

Volksvagen şirkəti öz loqosunun emblemini kenquruları qorxudan səsləri əks etdirən xüsusi dinamiklərlə təchiz edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə motor1 məlumat yayıb.

Qeyd olunur ki, RooBadge adlı xüsusi emblemin hazırlanması layihəsi çərçivəsində Volkswagen Melburn Universitetinin mütəxəssisləri ilə birləşib. Məqsəd Avstraliyada kenqurularla avtomobillərin toqquşmasını azaltmaqdır. Bütün ölkə üzrə vəhşi heyvan qəzalarının təxminən 90%-i onların payına düşür. Analoji dinamiklərin təkcə Volkswagen tərəfindən deyil, digər şirkətlər tərəfindən də quraşdırılacağı gözlənilir. Hal-hazırda, emblem hələ müştərilər üçün əlçatan deyil – tərtibatçılar dinamikləri sınaqdan keçirməyə davam edirlər.

Avtomobil istehsalçısı bildirib ki, ilkin sınaqlar artıq texnologiyanın effektivliyini göstərib. Qurğu kenquruların avtomobillərlə ən çox toqquşduğu ərazilərə avtomatik olaraq səs siqnalları göndərəcək.

Bundan əlavə, Volkswagen avtomobil nömrə sahiblərini oxşar texnologiya ilə təchiz edəcək.

Seçilən
51
3
Mənbələr
Şərh ()
Bağla