AZ

Sevgini necə itirməməli?..

"Bir-birinizi dinləməyi və bütün məsələləri müzakirə etməyi bacarın..."
 
"Yalnız özünüzü eşidəcəksinizsə, münasibətlər heçə enəcək..."
 
Ailənin qoruyub saxlamaq üçün 5 məsləhət
 
Uzun illər birgə həyatdan sonra münasibətlərdəki hərarət azalır, bəzən isə büsbütün sönür. Sevgini necə qoruyub saxlamaq barədə ailə məsləhətçisi danışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Ynet" nəşri yazıb.
 
1. Sizi yaxınlaşdıracaq hər-hansı bir mərasim düşünün
 
Qoy bu adi axşam gəzintiləri və ya kafeyə gediş, təbiətin qoynuna səyahət olsun. Ən yaxşısı bütün zamanınızı yaınız ikinizə həsr edəcəyiniz özəl bir gün və ya heç olmasa bir neçə saat ayırın. Ümumi maraqların olmaması boşanmaların səbəblərindən biridir.
 
2. Bir-birinizi dinləməyi və bütün məsələləri müzakirə etməyi bacarın
 
Ailədə inciklərin əksəriyyəti bir-birini eşitməyi bacarmamaq və problemli məsələləri açıq şəkildə müzakirə etməyi istəməməkdir.
 
Söhbət zamanı bir-birinizi dinləyin. Dinləmək, sadəcə, başını tərpətmək deyil, eşitmək deməkdir.
 
Ailə həyatının bir çox kəskin məqamlarından bircə sadə və təsirli üsulla yan keçmək mümkündür, bu da qarşı-qarşıya oturub söhbət etməkdir.
 
Bir müddət qarşılıqlı qınaqları unutmaq, nə üçün ailə qurduğunuzu xatırlamaq lazımdır. 
 
Tərəf-müqabilinizi dinləyərkən siz zamanında münasibətlərdə yaranacaq problemləri görəcək, ailə həyatınızı rəngarəng etmək üçün tədbirlər görəcəksiniz.
 
3. Bir-birinizlə daha çox maraqlanmağa başlayın
 
Nikahın xoşbəxt olması üşün tərəf-müqabilinizlə maraqlanmaq, onun fikrini öyrənmək, əyləncələrini bölüşmək, yaradıcılığına dəstək vermək, problemlərlə bölüşmək gərəkdir. Əgər yalnız özünüzü eşidəcəksinizsə, münasibətlər tezliklə heçə enəcək.
 
4. Hər gün zəriflik və diqqət gərəkdir
 
Əgər gününüz hətta çətin və o qədər də uğurlu olmayıbsa, narazılığınızı tərəf-müqabilinizin üzərinə tökməyin, axı, bunun günahkarı o deyil. 
 
Bir-birinizi öpüş və təbəssümlə qarşılayın. Diqqət göstərməyi unutmayın, bəzən bağrına basmaq və ya əldən tutmaq kifayət edir. Yeri gəlmişkən, "artıq" incə təmas çox vaxt heç də pis olmazdı.
 
5. Tərəf-müqabilinizin şəxsi məkana haqqı olduğuna riayət edin
 
Yadda saxlayın ki, ailənin hər bir üzvünün özü ilə təkbətək qalmaq imkanı olmalıdır.
 
Ailənin hər bir üzvünün öz işləri ilə məşğul olmasına-dostları ilə görüşməsinə, sevdiyi hobbisi ilə məşğul olmasına və s. zaman ayırın.
 
Özünüzə və öz ailənizə hörmət edin, o zaman o, ən xoşbəxt ailə olacaq.
phrase_var_article.chosen
22
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close