AZ

“Qarabağ”la Juninyodan “Beşiktaş”la bağlı ortaq qərar – SON DƏQİQƏ

“Qarabağ”ın hücumçusu Olavio Juninyonun “Beşiktaş”la keçib-keçməyəcəyinə aydınlıq gəlib.

“Football-plus.az”a daxil olan məlumata görə, nə futbolçu, nə də Ağdam təmsilçisi bu transferin baş tutmasında maraqlı olub. Buna səbəb Türkiyə nəhəngiylə qiymətdə razılığın əldə edilməməsidi. Belə ki, “Qarabağ” premyer-liqanın bombardiri üçün “Beşiktaş”dan 8 milyon avro tələb edib. İstanbul nəhəngi isə sadəcə, 5 milyon avro ödəyə biləcəyini, üstəlik hissə-hissə ödənişin tərəfdarı olduğunu bildirib. Nəticədə başqa klubların braziliyalı üçün daha çox pul təklif etdiyini əsas gətirən “Qarabağ” futbolçunu satmayıb.

Juninyoya gəlincə, o, “Beşiktaş”ın Türkiyə superliqasında çempionluq uğrunda mübarizədə geridə qaldığını və daha böyük nailiyyətlər qazana biləcək komandada çıxış etmək istədiyini bildirib.

Qeyd edək ki, “Qarabağ”ın braziliyalıyla müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatır. Juninyo Misli premyer-liqasında 26 oyunda meydana çıxıb və 15 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, Avropa Liqasında 5 qol, 1 məhsuldar ötürmənin, həmin turnirin təsnifat mərhələsində 1, ölkə kubokunda 2 qolun müəllifidi.

KƏNAN BAHADIR

phrase_var_article.chosen
121
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close