AZ

Asif Məmmədov və Ülvi İsgəndərli “Neftçi” ilə matçı buraxacaqlar

“Qəbələ”nin iki futbolçusu – Ülvi İsgəndərli ilə Asif Məmmədov Premyer Liqanın 28-ci turunda “Neftçi”yə qarşı oynamayacaqlar.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 28-ci turunun “Neftçi” ilə ev oyununun hazırlıq prosesini başa vurub. İki futbolçu komandanın son məşqində iştirak etməyib. Asif Məmmədov və Ülvi İsgəndərov bərpa prosesi keçirlər. Bu üzdən də onlar dördüncü dövrənin ilk oyununda meydana çıxmayacaqlar.

Qeyd edək ki, martın 29-da Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Neftçi” qarşılaşmasına saat 16:30-da start veriləcək.

Bu matç iki rəqib arasında 69-cu duel olacaq. İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyə qədər 68 dəfə görüşüb.

Əvvəlki matçlarda 20 qələbəsi olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə ediblər. 31 oyunda bakılılar qalib gəliblər. Bu görüşlərdə 78 qol vuran “Qəbələ” 99 top buraxıb.

İndiyə qədər keçirilən qarşılaşmalardan 62-sı Premyer Liqa, 6-sı kuboka təsadüf edib. Bu oyun Premyer Liqa çərçivəsində 63-cü duel olacaq. Əvvəlki 62 matçda 18 qələbəsi olan “Qəbələ” 14 dəfə bir xalla kifayətlənib və 30 dəfə uduzub. Rəqib qapısına 70 dəfə yol tapan “qırmızı-qaralar” 94 top buraxıblar.

“Qəbələ” “Neftçi”ni 34-cü dəfə qəbul edəcək. Əvvəlki 33 ev matçında Qəbələnin eyniadlı təmsilçisi 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 16 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 39, qonaqlar 47 qol vurublar.

Seçilən
86
3
Mənbələr
Şərh ()
Bağla