AZ

Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO

Tarix: 29 Mart 2024 01:03

Alma ən məşhur meyvələrdən biridir. Bəziləri qabığı ilə, bəziləri isə qabıqsız yeməyə üstünlük verir. Almanı qabığı olmadan istehlak etmək istəyənlər, alma ilə şirniyyat hazırlayanlar qabığını adətən soyandan sonra atırlar.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, alma qabığının bir çox faydaları var.
Alma sağlamlıq üçün ən faydalı meyvələr sırasındadır. Tərkibində A, B6, C, E və K vitaminləri, kalium, dəmir və fosfor mineralları olan alma istehlakı gündəlik qida ehtiyaclarını qarşılamaqda güclü köməkçidir.
Özündə şəfa mənbəyi olan almanın özü kimi qabığının da sağlamlığa müəyyən faydalar var.
Almanın düzgün istehlakı qabığı ilə olsa da, istəsəniz alma qabığını ayırıb bitki çayı hazırlaya bilərsiniz. Alma qabığını suda qaynadıb içsəniz, faydalarından asanlıqla görə bilərsiniz.
Alma qabığını qaynadıb içməyin faydaları bunlardır:
Həzmi tənzimləyir: Alma qabığında sağlam pəhriz lifləri var. Alma qabığı çayının hazırlanması tərkibindəki sağlam liflər və fitokimyəvi maddələr sayəsində həzmi tənzimləməyə kömək edir. Alma qabığındakı liflər bağırsaq hərəkətliliyini artırır və qəbizlikdən qoruyur. Eyni zamanda onun tərkibindəki fitokimyəvi maddələr həzm fermentlərini aktivləşdirir və bununla da həzmi tənzimləyir.
Ürək sağlamlığını qoruyur: Alma qabığı pektin ehtiva edir. Pektin bədəndə sağlam xolesterin kimi tanınan HDL səviyyələrinin artmasına və zərərli xolesterol kimi tanınan LDL səviyyələrinin azalmasına kömək edir. Alma qabığı çayı xolesterinin qarşısını alaraq ürək sağlamlığını qoruyur.



Qan şəkərini balanslaşdırır: Alma qabığından hazırlanan çay tərkibindəki sağlam komponentlər sayəsində qan şəkəri səviyyəsini tarazlaşdırır və insulinə həssaslığı artırır. Diabet riskini azaltmağa kömək edən alma qabığı çayı təbii şəkər ehtiyacını da qarşılamağa kömək edir.
Arıqlamağa kömək edir: Alma qabığının çay şəklində istehlakı, tərkibindəki pəhriz lifləri və sağlam təbii turşu sayəsində maddələr mübadiləsini sürətləndirir. Metabolizmi sürətləndirərək arıqlama prosesinə müsbət təsir edən alma qabığı çayı ilə artıq çəkidən asanlıqla xilas ola bilərsiniz.
İmmuniteti gücləndirir: Alma qabığı almanın özü kimi yüksək antioksidant dəyəri olan qidadır. Çay şəklində alma qabığının müntəzəm istifadəsi bədəndən toksinlərin çıxarılmasına kömək edir. Zərərli sərbəst radikallarla mübarizə aparmağa kömək edən alma qabığı çayı sayəsində bədəninizi qrip, soyuqdəymə kimi mövsümi xəstəliklərdən qoruya bilərsiniz.
Milli.Az

phrase_var_article.chosen
198
37
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close