AZ

BMT: Konqoda 6 milyona yaxın insan evlərini tərk edib

Konqo Demokratik Respublikasının şərqində silahlı qarşıdurmaların artması dağıdıcı səviyyəyə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin KDR-dəki missiyasının məlumatında deyilir.

“Şimali Kivu, Cənubi Kivu və İturi əyalətlərində iki ildir davam edən münaqişə səbəbindən 5,7 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Fevralın 7-də döyüşlər başlayandan Masisi bölgəsində 300 min insan Qoma şəhəri ətrafındakı ərazilərə qaçıb”, - məlumatda qeyd edilib.

Bildirilir ki, döyüşlərdə ağır artilleriyadan istifadənin artması xüsusilə narahatedicidir. Ümumilikdə, 25,4 milyon insanın köməyə ehtiyacı var.

KDR-in şərqində vəziyyət son vaxtlar ciddi şəkildə pisləşib. BMT-nin Konqo Demokratik Respublikasındakı sülhməramlı kontingenti üsyançıların hücumunu dəf etməkdə hökumət ordusuna kömək edir. Məqsəd üsyançıların Sake və Qoma mühüm strateji mərkəzlərinə irəliləyişini dayandırmaqdır. Bununla yanaşı, Rutşuru bölgəsində silahlılar bir neçə yaşayış məntəqəsini ələ keçiriblər.


Müəllif: Teleqraf.com
Seçilən
141
14
Mənbələr
Şərh ()
Bağla