AZ

Brüsseldə bədnam “Vudro Vilson planı” -Elçin Mirzəbəyli danışdı

Qərb, türk və müsəlman dünyasının bətnində  “Böyük Ermənistan” adlı qara yara yaratmaq iddiasından əl çəkməyib“Amma unudurlar ki, məkan, təxminən eyni olsa da, zaman həmin zaman deyil”  "Aprelin 5-də Brüsseldə keçiriləcəyi gözlənilən ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan görüşündə USAİD-in direktoru Samanta Poverin də iştirak edəcəyinin vurğulanması pərdə arxasında tamamilə fərqli mövzuların müzakirə olunacağını düşünməyə əsas verir". Bu barədə "Sherg.az"a siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Ekspert bildirib ki, Samanta Poverin daşıdığı rəsmi vəzifə USAİD-in direktoru olsa da, bu şəxsin peşəkar təxribatçı və qlobal casus şəbəkəsinin əlaqələndiricisi olduğunu sübut etməyə ehtiyac yoxdur: "USAİD Mərkəzi Kəşfiyyat İdarəsinin təlimatları əsasında fəaliyyət göstərir. Missiyası Ağ Evin hədəfində olan bölgələrdə, o cümlədən postsovet məkanında, istənilən an hərəkətə keçə biləcək nüfuz müvəkkilləri şəbəkəsi yaratmaqdan, “rəngli inqilab”lar üçün zəmin hazırlamadan ibarətdir. Samanta Poverin personasına gəldikdə isə bu adam ermənipərəstliyin ən unikal “nüsxə”lərindən biri sayıla bilər. Məsələ burasındadır ki, Prezident Bayden 2021-ci il aprelin 24-də qondarma soyqırımı tanıdığını bəyan etdikdən sonra Samanta Pover o qədər “xoşbəxt” və mütəəssir olub ki, sentyabrın 21-də doğulduğuna baxmayaraq, 24 apreli özünün yeni doğum günü elan edib. Elə yeni “doğum günü”nü elan etdikdən bir neçə gün sonra – aprelin 29-da USAİD-in rəhbəri postuna təyinat alıb. Nəzərəçarpan maraqlı məqamlardan biri də onun Obama administrasiyasını tərk etdikdən sonra Ruben Vardanyan, Nubar Afeyan və Vartan Qreqoryanın birgə təsis etdikləri "Avrora" mükafatının münsiflər heyətində təmsil olunmasıdır. Samanta qondarma soyqırımı təşviq edənlərə “minnətdarlıq” etmək üçün nəzərdə tutulan “Avrora mükafatı”nı “sülh mükafatı”, bu “mükafat”ı təsis edənləri, o cümlədən Ruben Vardanyanı “qəhrəman” adlandırır. Samanta Poverin silahlı separatizmi və terrorizmi maliyyələşdirən “pulyuyan” ləqəbli Ruben Vardanyanın saxlanılaraq Bakıya gətirildikdən sonra ölkəmizə qarşı nifrətinin birə on artmasının gerçək səbəbi də budur".  E.Mirzəbəyli vurğulayıb ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Müller iddia edib ki, sözügedən görüşdə ticarət tərəfdaşlarını şaxələndirməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığının təmin olunmasına və humanitar ehtiyaclarının ödənilməsinə diqqət yetiriləcək: "Maraqlı məqamlardan biri də budur ki, Metyu Millerdən fərqli olaraq, Ermənsitanın siyasi rəhbərliyi bir qayda olaraq ölkənin ticarət tərəfdaşlarının deyil, xarici siyasətinin və təhlükəsizliyinin diversifikasiya edilməsinin zəruriliyindən danışır. Ermənistanın beynəlxalq hüququn subyektlərindən biri kimi mövcudluğunu qoruyub saxlaya bilməsinin əsas səbəblərindən biri də məhz elə “xarici siyasətin və təhlükəsizliyin şaxələndirilməsi” adı altında özünü müxtəlif qütblərin istifadəsinə təqdim etmək “məharətindədir”. Yoxsa, Ermənsitanın hansı ticarət potensialı var ki, hələ onun şaxələndirilməsinə də ehtiyac duyulsun. Rusiya-Ukrayna müharibəsindən sonra Moskvaya tətbiq olunan iqtisadi sanksiyalar ucbatından Ermənistanın təkrar ixrac hesabına ticarət dövriyyəsində süni artım olduğunu nəzərə alsaq, 2020-2021-c1illərin statistik göstəriciləri Cənubi Qafqazın forpost ölkəsi ilə bağlı reallıqları daha çox əks etdirir. Ermənsitan Statistika Komitəsinin rəsmi açıqlamasına görə, 2020-2021-ci illərdə 2,54 milyard dollar dəyərində mal ixrac edib. Onun da təxminən 30 faizi təkrar ixracın payına düşür. Ölkəyə idxal olunan malların ümumi dəyəri isə 4,54 milyard dollar olub. Təkrar ixracı nəzərə almasaq, iki il ərzində Ermənistanın xarici ticarət balansının mənfi saldosu 2 milyard ABŞ dolları təşkil edib... Vəssalam! Bu da Ermənistanın “ticarət potensialı”... Görünən odur ki, Brüsseldə bədnam “Vudro Vilson planı”nın yeni versiyası nəzərdən keçiriləcək. Qərb türk və müsəlman dünyasının bətnində, bütövlükdə isə Qərbi və Mərkəzi Asiyanın geostrateji əhəmiyyətə malik keçid nöqtəsində “Böyük Ermənistan” adlı qara yara yaratmaq iddiasından əl çəkməyib. Amma unudurlar ki, məkan, təxminən eyni olsa da, zaman həmin zaman deyil. Tarixi reallıqlar proseslərin tamamilə əks istiqamətdə cərəyan edə biləcəyini düşünməyə daha çox əsas verir. Nəticədə “Vilson Ermənistanı” iddiaları Ermənistanın sonu ola bilər".

phrase_var_article.chosen
165
3
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close