AZ

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin əsasını təşkil edir

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb“Hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da hər hansı problemlə üzləşərsə, müraciət etmələri üçün Çağrı Mərkəzləri, Qaynar xətlər yaradılıb”   Beynəlxalq aləmdə insan haqları BMT-nin  İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi   ilə qanuniləşdirilib. İnsan haqları bir çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun şəkildə belə ifadə olunur: "Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin edilmiş insan haqlarına və azad olmaq hüququna malikdir". Sevindirici haldır ki, bugünkü inkişafı ilə bölgədə və dünyada söz sahibinə çevrilən Azərbaycanda  insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin təsdiqi, bir sıra uğurlu islahatların aparılması insan hüquqlarının müdafiəsi baxımından mühüm təcrübə formalaşdırmasına imkan yaradıb. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.  Qeyd edək ki, Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) mandatı çərçivəsində ölkəmizdə yaşayan  hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini məsələlərinə diqqət yetirir.Yeri gəlmişkən, Ombudsman Aparatından verilən məlumata görə, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacağa da baş çəkib.  S.Əliyeva müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməni əsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub.Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıq ediblər.  D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə “Sherg.az”a açıqlamasında deyib ki,  Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların şərəf və ləyaqətinin qorunması həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır. "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk", - deyən ölkə başçısının birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.  Azərbaycan dövləti insan haqlarına daim hörmətlə yanaşdığını indiyədək dəfələrlə sübut edib. Təkcə öz vətəndaşlarına qarşı deyil, Azərbaycan qanunlarını pozan, konstitusiyamıza hörmətsizlik edən, hətta separatçılıqla məşğul olaraq vətəndaşlarımızın, dinc əhalinin ölümünə bais olanları da qanun çərçivəsində mühakimə edib: “Həm Azərbaycan Prezidenti, həm də digər hökumət təmsilçiləri bütün erməni əsilli vətəndaşlarımızın siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiya olunmasını istədiklərini dəfələrlə bəyan ediblər. Onlar Azərbaycan sərhədləri daxilində Konstitusiyada əks olunmuş bütün hüquqlardan yararlana biləcəklər. Amma Ermənistan hökuməti qisasçılığını hər vəchlə davam etdirir. Əlinə kiçik bir fürsət düşən kimi əsirlərdən, girovlardan qisas alır, kimin hərbiçi, kimin mülki şəxs olduğuna məhəl qoymur. Erməni separatçılarının torpağa basdırdığı minalar, evlərdə, mülki obyektlərdə quraşdırdığı partlayıcı vasitələr birbaşa insan tələfatına yönəlmiş addımlar olub”.   N.Cəfəroğlu deyib ki, Ermənistan hökuməti heç öz vətəndaşlarının hüquqlarını təmin edə bilmir: “Onlar üçün insan haqları, insan hüquqlarının müdafiəsi mövcud deyil. Onların azərbaycanlı əsirlərlə, girovlarla necə davrandıqlarının biz Qarabağ müharibəsində dəfələrlə şahidi olmuşuq. Ermənistan hökuməti də, Qarabağda vaxtilə quldurluqla məşğul olan separatçılar da ən adi insan haqlarını tanımırlar. Öz vətəndaşlarının hüquqlarını qorumayan, başqasını necə qoruya bilər? Ermənistan hökuməti ilə Azərbaycan dövləti arasında bu məsələdə köklü fərqlər vardır. Azərbaycan dövləti də, silahlı qüvvələrimiz, hüquq-mühafizə orqanları erməni əsirlərlə, girovlarla həmişə hüquq çərçivəsində davranıb, təməl ehtiyaclarını ödəyiblər. Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir. Hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərsə, müraciət etmələri üçün Çağrı Mərkəzləri, Qaynar xətlər yaradılıb və erməni əsilli əhalidən nə qədər müraciət edənlər olub. Onların ehtiyacları ödəndi. Amma Ermənistanın mina terroru davam edir. Vətən müharibəsinin bitməsindən ötən 3 il yarım  müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçib. Və onlar arasında mülki şəxslər üstünlük təşkil edir. Ermənistanın iştirakçısı olduğu beynəlxalq sənədlərə əsasən insan hüquqlarının təmini sahəsində üzərinə düşən öhdəliklərə əməl etmir, çağırışlara laqeyd münasibət göstərir. Biz də hüquq müdafiə təşkilatı kimi üzərimizə düşən vəzifəni yerinə yetirərək insanların həyat və sağlamlığının müdafiəsi naminə aidiyyəti beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ölkəmizin məruz qaldığı bu ciddi problemlə bağlı qəti mövqe nümayiş etdirməyə çağırırıq”.

phrase_var_article.chosen
23
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close