AZ

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Pentaqon:

Bakı, 29 mart, AZƏRTAC

Rusiya mümkün terror aktı ilə bağlı ABŞ kəşfiyyat orqanlarının məlumatlarına məhəl qoymayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Əlbəttə ki, günahsız insanların həyatının xilası üçün paylaşılması lazım olduğunu düşündüyümüz məlumatımız varsa, biz bunu edirik", - deyə o vurğulayıb.

O, Amerika administrasiyasının nümayəndələrinin ABŞ-ın Rusiyaya gözlənilən terror aktına dair məlumat ötürməsi ilə bağlı əvvəlki bəyanatlarını xatırladıb. “Nə üçün buna məhəl qoymaması ilə bağlı sual qarşı tərəfə ünvanlanmalıdır”, - deyən Rayder “Crocus City Hall”da terror aktının İŞİD yaraqlıları tərəfindən törədildiyi versiyasını təkrarlayıb.

 

phrase_var_article.chosen
148
6
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close