AZ

Rusiyada vəzifəli şəxs həbs edildi

Rusiyanın hüquq-mühafizə orqanları vəzifəli şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət alması ilə bağlı cinayət işinin istintaqı çərçivəsində Moskvada “Rosatom” dövlət korporasiyasının əsaslı investisiyalar, dövlət tikinti nəzarəti və dövlət ekspertizası üzrə direktoru Gennadi Saxarovu saxlayıb.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı (vəzifəli şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvətalma), eləcə də 291-ci maddəsinin 5-ci bəndində (vəzifəli şəxsə rüşvətvermə) nəzərdə tutulmuş hallar üzrə ittiham edilib.

Saxarova qarşı artıq cinayət işi açılıb və onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.(oxu.az)

Seçilən
141
29
Mənbələr
Şərh ()
Bağla