AZ

Qadın futbolçunu dodağından öpən keçmiş prezidentin 2,5 illik həbsi istənilir

İspaniya prokurorluğu İspaniya Kral Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubialesin futbolçu Cennifer Hermoso ilə öpüşməsi ilə bağlı iki il yarım həbs cəzası istəyib.

Sportinfo.az xəbər verir ki, ittiham tərəfi həmçinin, idman funksionerinin zərərçəkənə ödəməli olduğu 100 min avro məbləğində təzminat tələb edir.

Bundan əlavə, prokurorlar Rubialesin Hermosoya 200 metrdən çox yaxınlaşmasını dörd il müddətinə qadağan etmək istəyirlər.

Martın 20-də İspaniya prokurorluğunun Rubialesin həbsinə order verdiyi bildirilir. Qərar son beş il ərzində iddia edilən qeyri-qanuni müqavilələrlə bağlı araşdırma çərçivəsində verilib.

Ötən ilin 20 avqustunda İspaniyanın qadınlardan ibarət komandası turnirin finalında İngiltərə millisinə qalib gələrək (1:0), dünya çempionu olub.

Mükafatlandırma mərasimində Rubiales qalib komandanın futbolçusu Cennifer Hermosonun dodaqlarından öpüb.

Daha sonra İspaniya Milli Məhkəmə Kolleci Rubialesə futbolçuya 200 metrdən az məsafədən yaxınlaşmağı qadağan etmək qərarına gəlib.

Bu hadisədən sonra FİFA Rubialesi üç illiyə futboldan kənarlaşdırıb. Rubiales özü isə tutduğu postdan istefa verib.

phrase_var_article.chosen
33
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close