AZ

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb (FOTO)

Bakı. Trend:

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusiveriliş yayımlayıb.

Trend xəbər verirki, xüsusi verilişin qonağı olan Azərbaycan RespublikasıPrezidentinin köməkçisi - Prezident Administrasiyasının xaricisiyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparıcınınAzərbaycanla Ermənistan arasında sülh danışıqları, “Bir kəmər, biryol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı, Şərq-Qərbnəqliyyat dəhlizinin əhəmiyyəti, ölkələrimiz arasında enerjisahəsində əməkdaşlıq, Bakının ev sahibliyi edəcəyi COP29 və digərmövzularda suallarını cavablandırıb.

Bildirilib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinəəsasən öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. İndiErmənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar.Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixindəən sakit dövrlərdən biri olub.

Vurğulanıb ki, Fransa və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-inMinsk qrupunun himayəsi ilə aparılan 30 illik danışıqlar praktikiolaraq heç bir nəticə verməyib. Amma indi sülh daha yaxındır,bölgədə de-fakto sülh hökm sürür. Azərbaycanın məqsədi Qafqazregionunu sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir. Qeyd edilib ki,Azərbaycanın hərbi işğala məruz qalmasına baxmayaraq, məhz o, sülhmüqaviləsinin təşəbbüskarı olub və onun mətnini hazırlayıb.

“Bir kəmər, bir yol” layihəsi ilə bağlı sualı cavablandıranPrezidentin köməkçisi deyib ki, Azərbaycan Çin Xalq RespublikasınınSədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol”təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Qeyd edilib ki,Asiya ilə Avropa arasında yükdaşımalarda ən qısa marşrut olanŞərq-Qərb Nəqliyyat Dəhlizi rəqabətədavamlı, eyni zamanda,təhlükəsiz və etibarlıdır. Avropa şirkətləri və qitənin ticarətinstitutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bumarşrutdan istifadə edə bilərlər.

Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək COP29 barədəməlumat verilib. Bildirilib ki, iqlimin maliyyələşdirilməsi Bakıkonfransında əsas mövzu olacaq.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısıolduğu, bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac etdiyidiqqətə çatdırılıb. Çinlə Azərbaycan arasında enerji sahəsində sıxəməkdaşlıq mövcud olduğunu, yaşıl keçidin Azərbaycan üçün prioritetsahəyə çevrildiyi diqqətə çatdırılıb.

İki ölkə arasında münasibətlərə toxunan Hikmət Hacıyev bildirib:“Çin və Azərbaycan ənənəvi dostlardır. Ölkəmizlə Çin arasında dərintərəfdaşlıq əlaqələri mövcuddur. Azərbaycan müstəqillik əldə etdiyivaxtdan hər zaman Çinin dəstəyinin və tərəfdaşlığının şahidi olub.Prezidentlərimiz arasında sıx dostluq münasibətləri var. 2019-cuildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı ÇXR-in Sədri SiCinpin dövlətimizin başçısını yaxşı dost kimi qiymətləndirdi. Buparametrlərə əsaslanaraq biz Azərbaycan-Çin münasibətlərini inkişafetdiririk. Çin və Azərbaycan siyasi səviyyədə çox yaxşı dostlardır.Biz bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycanhəmişə “Vahid Çin” prinsipini rəhbər tutur. Azərbaycan və Çinbeynəlxalq hüququn fundamental prinsiplərini dəstəkləyir”.

Həmçinin vurğulanıb ki, ölkələrimiz beynəlxalq təşkilatlarçərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan bu ilCOP29-a ev sahibliyi edəcək və bu istiqamətdə də Çinlə əməkdaşlıqimkanları mövcuddur. İki ölkə arasında əməkdaşlığın digəristiqaməti isə iqtisadi sahədir. Bu xüsusda, Azərbaycanla Çininticarət əlaqələri davamlı olaraq genişlənir.

Sonda bildirilib ki, Azərbaycan inkişaf edən ölkədir və Çin iləOrta Dəhliz boyu əməkdaşlıq potensialı mövcuddur.

Çinin
Çinin
Çinin
Çinin
Çinin
Məqalədə:
Seçilən
19
9
Mənbələr
Şərh ()
Bağla