AZ

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

Bakı. Trend:

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi respublikanın Daxiliİşlər Nazirliyinə Olimpiadanın açılış mərasimini çayda keçirməkdənimtina etməyi və “B planı”na keçməyi tövsiyə edib.

Trend-inməlumatına görə, bu barədə “Europe 1” radiosu məlumat yayıb.

Məlumata görə, çay paradının hazırkı formatının olduğu kimiqalması çox risklər yaradır.

Analitiklər kütləvi terrorizmin Fransaya qayıdışından qorxurlar.Mümkün risklərə avtomobili izdihamın üzərinə sürə və ya odlusilahla hücum edə bilən terrorçular daxildir.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının açılışmərasimi iyulun 26-da Sena çayında təşkil olunacaq. Olimpiadaavqustun 11-dək davam edəcək.

Seçilən
57
5
Mənbələr
Şərh ()
Bağla