AZ

Türkiyə 10 ildən sonra bu ölkəyə uçuşları bərpa etdi

Türk Hava Yolları təhlükəsizlik vəziyyəti ilə əlaqədar 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə Liviyanın “Əl Vasat” informasiya portalı məlumat yayıb.

Məlumata görə, aviaşirkətin ilk təyyarəsi Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Liviya Milli Birlik Hökumətinin nəqliyyat naziri Məhəmməd əl-Şahubi bu münasibətlə keçirilən mərasimdə çıxış edərək Türk Hava Yollarının uçuşlarının bərpasının digər beynəlxalq hava yolları üçün ümidverici addım olduğunu bildirib.

Türk şirkəti Liviyanın digər şəhərlərinə - Misurat və Benqaziyə də uçuşları bərpa etmək niyyətindədir.

Seçilən
65
42
Mənbələr
Şərh ()
Bağla