AZ

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Azərbaycan

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında iştirak edib.

Bu barədə AZƏRTAC-a “Azərkosmos”dan bildirilib.

Konfransda qeyd olunub ki, ötən il Bakıda keçirilmiş 74-cü Astronavtika Konqresi elm, sənaye, biznes, texnologiya və innovasiya fəaliyyətini birləşdirən ilk konseptual tədbirlərdən biri kimi yaddaşlarda qalıb. Bildirilib ki, dünyanın 130-dan çox ölkəsindən 5400-dən çox iştirakçı, o cümlədən 30-dan çox sponsor və 150-yə qədər sərgi iştirakçısı ilə baş tutan Bakı Konqresi qlobal kosmos oyunçuları üçün beynəlxalq əlaqələr baxımından əvəzsiz fürsət oldu.

Xatırladaq ki, Azərbaycan İtaliyanın Milan şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə təqdim olunan elmi məqalələrin sayına görə top beşlikdə yer tutaraq rekord nəticə qazanıb. "Ümumilikdə isə Bakı Konqresinin yaratdığı yüksək səviyyəli tədbir standartı sayəsində dünyada builki Astronavtika Konqresinə maraq artıb və bunun sayəsində 106 ölkədən ümumilikdə 7000-dən çox elmi məqalə təqdim edilib", - deyə məlumatda qeyd olunub.

phrase_var_article.chosen
87
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close