AZ

Klinton və Obama Baydeni dəstəkləmək üçün Nyu-Yorka gəlib

Klinton

Nyu-Yorkda ABŞ prezidenti Co Baydenin keçmiş Demokrat prezidentlər Barak Obama və Bill Klintonla birlikdə iştirak edəcəyi seçki kampaniyası üçün nadir təhlükəsizlik tədbirləri görülüb.

Reyting.az
xəbər verir ki, ABŞ prezidenti Baydenin Manhettenin mərkəzindəki məşhur “Radio Citty Music Hall” binasında iştirak edəcəyi xeyriyyə tədbiri üçün ətraf küçələr nəqliyyatın hərəkətinə bağlanıb, Nyu-York polisi binanın ətrafına qumla doldurulmuş 20 yük maşını yerləşdirib.

ABŞ prezidenti Baydenin Obama və Klintonla birlikdə qatılacağı tədbirdə birinci xanım Cill Bayden, Kraliça Lətifə və digər məşhur şəxslər də iştirak edəcək.

Demokratlar Partiyasının rəsmisi ABŞ mətbuatına deyib ki, təxminən 5 min adamın qatılacağı tədbir ikinci dəfə namizədliyini irəli sürən Bayden üçün 25 milyon dollar ianə toplamaq məqsədi daşıyır.

Ən ucuz biletin 250 dollara satıldığı tədbirə qatılmaq üçün zəngin donorlar Bayden, Klinton və Obama ilə eyni foto çərçivədə olmaq üçün 100 min dollar, Baydenlə özəl qəbula qatılmaq üçün 250 min dollar və 500 min dollar ödəyəcəklər.

2024-cü ilin noyabrında keçiriləcək prezident seçkiləri üçün Bayden fevral ayına kimi 155 milyon dollar, Respublikaçılar Partiyasının namizədi Donald Tramp isə 37 milyon dollara yaxın vəsait toplayıb.

2024-cü il prezidentlik yarışı çərçivəsində Nyu-Yorkda ianə kampaniyası təşkil edən ABŞ prezidenti Baydenin şəxsi təyyarəsi Kennedi hava limanına enərkən o, keçmiş prezident Barak Obama ilə birlikdə görüntülənib. Bildirilir ki, ABŞ-nin digər keçmiş prezidenti Bill Klinton da bir neçə saat sonra “Radio City Music Hall”da keçiriləcək tədbirdə Baydenlə görüşəcək və ona dəstək olacaq.

Digər tərəfdən, ABŞ-nin keçmiş prezidenti Trampın bu axşam Nyu-Yorkun Queens şəhərində həyatını itirən polis məmurunun dəfn mərasiminə qatılacağı gözlənilir.

Eyni gecədə 4 ABŞ prezidentini qəbul edəcək Nyu-Yorkda növbəti saatlarda nəqliyyatda ciddi sıxlığın olacağı təxmin edilir.

E. KAMAL

phrase_var_article.chosen
111
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close