AZ

Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq iki ayağını itirib - FOTO - VİDEO

Xətai rayonu Afiyyədin Cəlilov küçəsində ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, əyləncə mərkəzinin məişət tuallantılarını yük maşınına yükləyən mənzil istismar sahəsinin əməkdaşı 51 yaşlı Babakişiyev Məmməd Əzizağa oğlunu “Toyota” markalı minik avtomobili vurub.

Zərbə zamanı yük maşınına çırpılan Məmməd Babakişiyev hər iki ayağından ağır xəsarət alıb.

Kliniki Tibbi Mərkəzə çatdırılan mənzil istismar sahəsinin əməkdaşı cərrahi əməliyyat edilib.

Növbətçi həkimin verdiyi məlumata görə, Məmməd Babakişiyevin hər iki ayağı amputasiya edilib.

Hadisə üzrə əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Minik avtomobilinin sürücüsünün izahatı alınıb. Fakta hüquqi qiymət araşdırmalardan sonra veriləcək.

Bakıda Bakıda Bakıda
phrase_var_article.chosen
27
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close