AZ

AMEA-nın professoru Tufan Axundov vəfat edib

AMEA-nın Arxeologiya və Antrologiya İnstitunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki,  o, 76 yaşında vəfat edib.

Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub.

T. Axundov öz qazıntıları və tədqiqatları ilə digər bölgələrlə yanaşı, Azərbaycanın Muğan və Cənub bölgəsində də böyük işlərə imza atıb. Arxeoloq Cəlilabad bölgəsində 2004-cü ildən 2016-cı ilə qədər çalışıb, Alxantəpə və Polutəpə abidələrini kəşf edib, tədqiqatlar aparıb, nəticə olaraq Alxantəpəyə aid 735 səhifəlik elmi kitabı çap olunub, həmçinin Polutəpə abidəsinin tədqiqatını aid elmi əsəri də çap olunaraq, yaxınlarda işıq üzü görməli idi. 

Allah rəhmət eləsin!

Seçilən
22
25
Mənbələr
Şərh ()
Bağla